HƏMAS bu gecə daha bir israilli əsiirn cəsədini qarşı tərəfə təhvil verəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS Hərəkatının hərbi qanadı olan "İzzəddin əl-Kassam Tuqayları " bəyanat yayıb.

Bəyanatda atəşkəsə və öhdəliklərə sadiqlik təkrarlanıb və bildirilib ki, dağıntılar altından çıxarılan daha bir yəhudinin cəsədi bu gün saat 21.00-da (Bakı vaxtilə-Mia.az) Beynəlxalq Qırmızı Xaç Təşkilatının rəsmilərinə təslim ediləcək.

Bəyanatda əlavə təfərrüatlar verilməyib.

Tahir Şəlvəli
MİA.AZ