Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalını tamamilə dayandırır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Aİ ölkələrinin energetika nazirləri bu gün razılaşma imzalayıblar.

Razılaşmaya əsasən, 2028-ci ilə qədər Aİ üzvü olan ölkələr Rusiya qazının idxalının mərhələli şəkildə dayandırılması qaydaları ilə bağlı konsensusa gəliblər.

Aİ-nin açıqlamasına görə, prosesin 2028-ci il yanvarın 1-dək yekunlaşması gözlənilir: "Bu, Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək".

Məlumat üçün bildirək ki, 2021-ci ilə qədər Aİ təbii qazın 45 faizini Rusiyadan alırdı. Ötən il Aİ-nin Rusiyadan qaz idxalı 19 faizə düşüb. Lakin buna baxmayaraq, bir çox Aİ ölkələri hələ də Rusiyadan LNG və təbii qaz alır.

Samir MUSAYEV
MİA.AZ