İsrailin Qəzzada HƏMAS-ın atəşkəsi pozmaq ittihamından sonra bölgəyə yardımın buraxılmasını dayandırmaq qərarı ləğv olunub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir açıqlama verib.
O, İsrail hökumətinin artıq Qəzzaya yardımın daxil olmasını əngəlləmək qərarından geri çəkildiyini təsdiqləyib: "İsrail hökumətinin yardımı əngəlləmək qərarından bir neçə saat sonra geri çəkilməsi bizim üçün utancverici hadisədir. İsrail yenidən müharibəyə başlamalı və fələstinliləri Qəzzadan qovmalıdır"
Tahir Şəlvəli
MİA.AZ