"Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın iki həftə sonra Macarıstanda görüşəcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə deyib.
Peskov bildiriib ki, görüşün təxirə salınması üçün heç bir əsas yoxdur: "İki liderin üz-üzə görüşü bir çox məsələlərin həlli üçün açar rolunu oynaya bilər".
Peskovun sözlərinə görə, Rusiya Ukrayna böhranının sülh yolu ilə həllinə açıqdır, lakin Avropa Kiyev administrasiyasını münaqişəni davam etdirməyə təhrik edir.
Zülfiyyə Mustafayeva
MİA.AZ