Pərakəndə yanacaqdoldurma məntəqələri şəbəkəsi “SOCAR Petroleum” QSC-nin Kargüzarlıq və təsərrüfat şöbəsinin rəisi təyin edilib.

Mia.az Banker.az-a istiandla xəbər verir ki, bu, Ceyhun Əzizlidir. O, 2025-ci ilin oktyabrından bu vəzifənin icrasına başlayıb.

C.Əzizli 2022-ci ildən “SOCAR Petroleum”un heyətinə qoşulub. Buna qədər Elm və Təhsil Nazirliyində və Azərbaycan Milli Elmlər Akademiyasında çalışıb.

O, Bakı Dövlət Universitetində bakalavr, magistratura və fəlsəfə elmlər doktoru kimi dərəcələrə yiyələnib.