Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi açılıb.
Tovuz rayon prokurorluğundan Mia.az-a bildirilib ki, bildirilib ki, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə özünə qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
Tovuzda 32 yaşlı ər arvadını öldürüb.
Mia.az xəbər verir ki, Əyyublu kəndində ı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə 1996-cı il təvəllüdlü arvadı Mətanət Hacızadənı bıçaqlayaraq qətlə yetirib.
O, polis tərəfindən saxlanılıb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.