Azərbaycanın Əməkdar artisti Rəşad Bəxtiyarov vəfat edib.
Bu barədə aktyorun sənət dostları sosial mediada məlumat yayıb.
Aktyor bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.
Xatırladaq ki, R.Bəxtiyarov 1978-ci il dekabrın 25-də Bakıda anadan olub.
O, "Həqiqət işığında"(Mirzəyev) və "Bəyaz həyat" (Sonanın oğlu) telefilmlərində çəkilib.
R.Bəxtiyarov dörd dəfə Prezident mükafatına layiq görülüb.
Allah rəhmət eləsin!