ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında Çinə qarşı ticarət müharibəsində olduqlarını etiraf edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, “Hazırda Çinlə ticarət müharibəsindəyik”, - deyərək, noyabrın 1-dən etibarən Çinə 100% tariflər tətbiq edəcəyini açıqlayıb.
ABŞ lideri qeyd edib ki, tariflər hazırda dünyada ən güclü silah sayılır: "Biz tarif siyasətinin müdafiə və milli təhlükəsizlik üçün mühüm bir vasitə olduğunu bilirik. Məndən əvvəlki administrasiyalar bundan yararlanmayıb. Mənim tətbiq etdyim tariflər təkcə trilyonlarla dollar gəlir gətirmədi, həm də dünyada sülhü qoruyur. Bir çox müharibələrin sona çatmasından bu siyasətimiz həlledici rol oynayıb. Əgər tarif siyasəti olmasaydı, bütün dünyada bir çox bölgələrdə hələ də müharibələr davam edəcəkdi. İndisə bir Rusiya savaşı qalıb. hazırda Çin uyumlu siyasətdən yayınır. Biz o ölkəyə noyabrın 1-dən etibarən 100% tariflər tətbiq edəcəyik. Onların bütün məhsullarına, hətta Çin tərəfindən istehsal olunmasa belə, onların o istehsalda xırda payı olduqları hər şey hədəfimizdə olacaq. Çünki Çin artıq misli görünməmiş davranışı ortadadır..."
Samir Musayev
MİA.AZ