ABŞ-ın müdafiə naziri Pete Hegsez Rusiyanı hədələyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Brüsseldə NATO-nun Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasının açılışında deyib.
Müdafiə naziri bildirib ki, əgər Rusiya tezliklə Ukrayna müharibəsinin bitirməsə, o zaman ABŞ Rusiyaya qarşı daha sərt addımlar atacaq: "Rusiya bu addımının bədəlini çox ağır ödəyəcək".
Nazir daha sonra Ukrana ordusunu tərifləyib. O, NATO və ölkəsinin Ukrayna ordusuna daha güclü dəastək verməklə Moskvanı cəzalandıracaqlarına işarə vurub: "Ukraynanın müdafiəsinə investisiyalar əhəmiyyətli dərəcədə artıb. Bu istiqamətdə daha mühim addımlar atılacaq. Biz də öz üzərimizə düşənləri edəcəyik"
Samir Musayev
MİA.AZ