Almaniyanın NATO-nun şərq cinahını qorumaq üçün Polşanın Malbork hərbi hava bazasına döyüş təyyarələri göndərir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə NATO Müdafiə Nazirləri Toplantısında açıqlama verib.

Onun sözlərinə görə, tezliklə M albork hərbi hava bazasına "Eurofighter" qırıcıları yerləşdiriləcək: "Hazırda bir neçə "Eurofighter" Rumıniyanın Konstansa şəhərindədir. Yaxın vaxtlarda daha bir neçə "Eurofighter Polşaya yola salınacaq. Bu, bizə alyansın şərq sərhədində daha aktiv, daha görünən və daha geniş iştirak imkanı verəcək. Biz də bundan sonra patrul uçuşları vasitəsilə şərq cinahının qorunmasına töhfə verəcəyik".

Nazir Polşaya neçə təyyarə göndərəcəklərini isə açıqlamayıb.

Onu da bildirək ki, Rusiya dronlarının Polşa ərazisinə daxil olmasından sonra “Şərq keşikçiləri” kod adlı əməliyyatla Fransa, Böyük Britaniya, Çexiya və Danimarka Varşavaya döyüş təyyarələri göndəriblər.

Samir Musayev
MİA.AZ