İsraillə HƏMAS arasında atəşkəs anlaşamsına baxmayaraq, Qəzzada tez-tez atəş səsləri eşidilir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 24 saatda İsrail ordusunun hücumları nəticəsində Qəzzada daha 25 nəfər hlak olub.
Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, 35 nəfər isə yaralı var: "İsrail ordusu bəzi binaları hələ də bombalayır..."
HƏMAS isə bəyanat yayaraq İsraili atəşkəsə əməl etməyə çağırır.
Tahir Şəlvəli
MİA.AZ