Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyədə təxminən 85 milyon telefon istifadəçisi olduğunu açıqlayıb.
Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, nazir daha sonra bu telefonların çoxunun 6 ay sonra istifadəyə tam yararlı olmayacağını söyləyib.
Canlı yayımda sualları cavablandıran nazirin sözlərinə görə, ölkə 2026-cı ilinn aprel ayınadəkm 5G sisteminə tam keçid edəcək: "Bu keçiddən sonra hazırda istifadədə olan 85 milyondan artıq telefonun yalnız 22 milyonu 5G-ni dəsətkləyəcək. Yəni, 1/4-i. Qalan təxminən 63 milyon telefon isə 5G-yə uyğun deyil, onlar bu funksiyadan istifadə etmək istəyərsə, o zaman gərək telefonlarını dəyişsinlər".
Firudin Səfərli
MİA.AZ