Türkiyə Böyük Millət Məclisində PKK lideri Öcalanla bağlı müzakirə zamanı gərginlik böyüyüb.

Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, İYİ Partiyadan Turhan Çömezlə DEM Partiyasından Pervin Buldan arasında söz duelinə MHP-in qurucu lideri Alparslan Türkeşin qızı, hazırda İYİ partiyada təmsil olunan deputat Ayyüce Türkeşlə MHP-li Erkan Akçayın də qatılması ilə gərginlik "sərhədləri aşıb".

Məlumata əsasən, Pervin Buldanın çıxışından sonra kürsüyə qalxan MHP fraksiyasının sədr müavini Erkan Akçayın DEM partiyanə müdafiə etməsi tərəflər arasıdna "söz atışması"nı daha da  şiddətləndirib.

Bu zaman zalda ayağa qalxan Alparslan Türkeşin qızı MHP-li deputata "Yazıqlar olsun. Sənə ayıb olsun", - deyib və saloniu etiraz olaraq tərk edib.

Gərginlikdən sonra MHP və AK Partiya millət vəkilləri isə Pervin Buldana dəstək bəyanatları yayıblar. Onlar parlamentdə bu cür mübahisələri və davranışları əsasslz sayıblar.

Firudin Səfərli
MİA.AZ