"Səhhətimdə problemlər yaranıb".
Mia.az xəbər verir ki, bu barədə "Unikal"a açıqlamasında Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin sabiq birinci müavini İsmayıl Hüseynov deyib.
O bildirib ki, səhhətindəki problemlərlə bağlı həkim yoxlanışından keçib: "Boynumda yırtıq yaranıb. Artıq bu səbəbdən işləyə bilmirəm. Ötən gün Prezident İlham Əliyev işdən azad edilməyimlə bağlı Sərəncam imzaladı", - deyə İ.Hüseynov əlavə edib.
Xatırladaq ki, İsmayıl Hüseynovun vəzifəsindən azad edilməsi ilə bağlı ilk xəbəri "Bakupost" yayıb.