Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev vəfat edib.

Mia.az xəbər verir ki, Xalq artisti Mərkəzi Gömrük Hospitalında müalicə olunurdu...

Allah rəhmət eləsin!

Xatırladaq ki, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

1988-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

O, 2007-ci ildə "Şöhrət", 2017-ci ildə isə "Şərəf" ordeni ilə təltif olunub.