ABŞ prezidenti Donald Tramp sentyabrın 10-da tədbirdə uzaqdan atəşlə boynundan vurularaq öldürülən respublikaçı fəal Çarli Kirki təltif edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sərəncamla ona ölümündən sonra "Azadlıq" medalı verilib.
Məlumata görə, Tramp Ağ Evdə təltiflə bağlı keçirdiyi mərasimdə ilk dəfə belə bir medalla bağlı sərəncam imzaladığın deyib: "O, cəsarətlə həqiqəti söylədiyi və daha güclü Amerika üçün yorulmadan mübarizə apardığı üçün öldürüldü. O, bütün mükafatları, o cümlədən ölkəmizin ən ali mükafatını haqq edir...”
Xatırladaq ki, "Azadlıq" medalı ABŞ-da verilən ən yüksək mükafatdır.
Lamiyə Əhmədli
MİA.AZ