Xırdalanda xəsarət almış şəxsin ölməsi faktı ilə bağlı cinayət işi açılıb.
Abşeron rayon Prokurorluğundan Mia.az-a bildirilib ki, oktyabrın 15-də saat 03 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsrətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
Xırdalanda 20 yaşlı gənc öldürülüb.
Mia.az xəbər verir ki, naməlum şəxs tərəfindən bıçaqlanan 2005-ci il təvəllüdlü Elmir Axundov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma başlayıb.