Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda daha bir soydaşımız canından keçib.
Mia.az xəbər verir ki, bu məlumatı Odessada yaşayan azərbaycanlı jurnalsit Anar Natiqoğlu verib.
Onun sözlərinə görə, 30 yaşının tamam olmasına 2 həftə qalmış həlak olan Ukrayna vətəndaşı Faiqin atasının da Faiq olub: "Əslən Şirvan şəhərindən olan ata 20 il öncə dünyasını dəyişib. Gənc soydaşımız hücum desant bölmələrində kəşfiyyatçı vəzifəsini yerinə yetirib. Son döyüş tapşırığını 12 oktyabr tarixində həyata keçirərkən həlak olub.
Tanrı ruhunu şad etsin. Yeri cənnət olsun. Yaşasın Azərbaycan Ukrayna dostluğu!
Hörmətli soydaşlarımız. 16 oktyabr tarixində səhər saat 10-da qəhrəman döyüşçümüzlə Odessada "Zabitlər evi"ndə vida mərasimi olacaq. Dəfn mərasimi şəhər kənarındakı müsəlman qəbiristanlığında baş tutacaq!".
Samir
MİA.AZ