"RabitəBank" cari ilin üçüncü rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 934 min manat azalıb.
Kommersant.az xəbər verir ki, mənfəət və zərər hesabatına uyğun olaraq RabitəBankın faiz gəliri ötən ilin eyni rübü ilə müqayisədə 15 milyon 650 min manat artaraq 99 milyon 480 min manata yüksəlib. Bankın faiz xərcləri isə 7 milyon 466 min manat artaraq 40 milyon 219 min manata çatıb. Nəticədə RabitəBank 59 milyon 262 min manat xalis faiz gəlirir əldə edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8 milyon 185 min manat çoxdur.
RabitəBank qeyri-faiz gəliri 6 milyon 212 min manat və ya 15 faiz azalaraq 34 milyon 958 min manata düşüb. Bankın qeyri-faiz xərcləri isə 5 milyon 10 min manata artaraq 73 milyon 617 min manata çatıb. Nəticədə bankın əldə etdiyi əməliyyat mənfəəti 3 milyon 37 min manat və ya 12.84 faiz azalaraq 20 milyon 603 min manata düşüb.
Yekunda RabitəBankın xalis mənfəəti də ötən ilin üçüncü rübü ilə müqayisədə 5 milyon 934 min manat və ya 30.93 faiz azalaraq 13 milyon 249 min manata düşüb.
Qeyd edək ki, RabitəBankın məcmu kapitalı 1 il ərzində 163 min manat azalıb.
Rabitəbank |
2025 (III Rüb) |
2024 (III Rüb) |
Fərq |
Faiz Gəliri |
99,480 |
83,830 |
15,650 |
Faiz Xərci |
40,219 |
32,753 |
7,466 |
Xalis Faiz Gəliri/Zərəri |
59,262 |
51,077 |
8,185 |
Qeyri-Faiz Gəliri |
34,958 |
41,170 |
-6,212 |
Qeyri-Faiz Xərci |
73,617 |
68,607 |
5,010 |
Əməliyyat Mənfəəti |
20,603 |
23,640 |
-3,037 |
Xalis Mənfəət |
13,249 |
19,183 |
-5,934 |
Məcmu Kapital |
127,362 |
127,525 |
-163 |