Astarada İranda yaşayan narkotacirin PUA vasitəsilə Azərbaycana 4 kiloqrama yaxın marixuana göndərdiyi aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı Rövşən Axundzadə saxlanılıb.
Həmin şəxsdən ölkə ərazisinə əvvəlcədən sövdələşdiyi İranda yaşayan narkotacir tərəfindən PUA vasitəsilə göndərilmiş 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı ilə saxlanılan şəxsin bundan əvvəl də eyni üsulla əldə edərək rayonun Qapıçıməhəllə kəndindəki naringi bağında gizlətdiyi əlavə 4 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.