Dünən Xan Yunisdə bir, bu gün isə Qəzza şəhərinin Əl-Şücayyə məhəlləsində evlərinə dönmək istəyən daha 3 nəfər öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat açıqlayıb.

Agentliyin məlumatına əsasən, üç nəfər evlərinə qayıtmaq istəyən fələstinli səbəb olmadan atəşə tutulub: "Onların üçü də hadisə yerində dünyalarını dəyişiblər".

Fələstin Administrasiyasından isə İsrailə atəşkəsə əməl etmələri üçün çağırış olunub.

Tahir Şəlvəli
MİA.AZ