HƏMAS ilə atəşkəsə anlaşmaslı olsa da, ötən gün axşam Qəzza zolağının cənubunda İsrail ordusunun hərbçisi fələstinlini güllələyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi olan WAFA məlumat verib.
Agentlik yazlıb ki, İsrail ordusu bununla da atəşkəsi pozub: "Xalid Berbah adlı sakin Xan Yunisin Sikke bölgəsindəki evinə baxış keçirərkən İsrail ordusunun atəşi nəticəsində öldürülüb".
Xatırladaq ki, iki il davam edən savaşda 67 800-dən çox fələstinli ölüb, 170000-dən çox isə yaralanıb.
Tahir Şəlvəli
MİA.AZ