Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şarm əl-Şeyx Sülh Zirvəsi üçün Misirdəki sammit bitdikdən az sonra Vətənə yol alıb.

Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, o, Türk Hava Yollarına məxsus təyyarə ilə ölkəsinə Türkiyəyə yola düşüb.

Ərdoğanı hava limanında Misirin gənclər və idman naziri Əşrəf Sobhi, Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şen və səfirliyin əməkdaşları yola salıblar.

Xatırladaq ki, prezident Ərdoğan xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın, Prezidentin Kommunikasiyalar üzrə direktoru Burhanəddin Duran və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıçla birgə Misirə səfər etmişdi.

Firudin Səfərli
MİA.AZ