İsrail Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində fələstinli məhbusları azad edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail bu gün 20 israilli girovun azad olunması müqabilində 2000-ə yaxın fələstinli məhbusu sərbəst buraxılıb.

Məlumata görə, Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 1718-i Qəzza zolağından olmaqla, ümumilikdə 1900-ə yaxın fələstinli məhbusu azad edib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA yazıb ki, məhbuslar İsrailin cənubundakı Negev bölgəsindəki Ketziot həbsxanasından buraxılıb: "Bu gün 1872 fələstinli, nəhayət, sərbəst buraxılıb, onlardan 154 nəfəri ömürlük məhbus idi..."

Tahir Şəlvəli
MİA.AZ