Prezident İlham Əliyev Misirə səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşüb.
Mia.az xəbər verir ki, görüş bu ölkədə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində baş tutub.
Məlumata əsasən, İlham Əliyev onunla yanaşı, bir sıra ölkələrdən olan həmkarları ilə də görüşüb, müzakirələr aparıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.