2025-ci ilin üçüncü rübü ərzində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının janr bölgüsü açıqlanıb.

Mia.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, Audiovizual Şuranın Aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin üçüncü rübü (iyul, avqust və sentyabr ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların 21,8 % ni informasiya və analitik proqramlar, 17,2 %-ni musiqi və əyləncəli proqramlar, 15,9 %-ni idman proqramları tutub.

Bundan əlavə proqramların 15,2 %-ni bədii filmlər və seriallar,10,0 %-ni reklam məzmunlu materiallar, 8,1 %-ni mədəni-maarif janrında proqramlar, 3,6 %-ni anonslar və elanlar, 3,3 %-ni sənədli film və materiallar, 2,3 %-ni isə sosial proqramlar təşkil edib.

Sosial çarxlar 1,4 %, uşaq proqramlar və cizgi filmlər isə 1,2 %-dir.