Azad olunan ərazilərdə oktyabrın 6-dan 12-nə qədər 100 tank əleyhinə mina, 77 piyada əleyhinə mina, 1584 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1497, 5 hektar ərazi minalardan təmizlənib.