Meksikada leysan yağışlar güclü sel və daşqınlar yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə üzrə Təşkilatı son məlumatı açıqlayıb.

Bildirilib ki, baş verən daşqın və sel indiyə qədər 50 nəfərin canını alıb, 20 nəfərin taleyindən isə hələ də xəbər yoxdur: "5 əyalətdə minlərlə insan evsiz qalıb, böyük dağıntılar var"

Lamiyə Əhmədli
MİA.AZ