ABŞ-ın Cənubi Karolina ştatında bir barda atışma olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, atışma nəticəsində 4 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb.

Yerli polisdən bildirilib ki, hadisə oktyabrın 12-də səhərə yaxın Müqəddəs Yelena adasındakı baş verib: "Yaralılardan 4-nün  vəziyyəti çox ağırdır".

Polis hadisənin təfərrüatı və insidenti törədənlərin saxlanılıb-saxlanılmadığı haqda informasiya açıqlamayıb.

Yalnız o bildirilib ki, araşdırma davam edir.

Tahir Şəlvəli
MİA.AZ