HƏMAS və İsrail arasında əldə olunan atəşkəsdən sonra oktyabrın 12-dən Qəzzaya qida və tibbi yardım dolu TIR-ların buraxılmasına icazə verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq 400-dən çox yük maşını Qəzzadakı yardım mərkəzlərinə doğru yol alıb.
Misir mətbuatı yazır ki, cənubda İsrailin nəzarətində olan Karm Əbu Səlim sərhəd keçid məntəqəsində gözləyən çoxsaylı yardım maşınları sürətlə yoxlanılaraq zolağa buraxılmaqdadır: "Gün ərzində azı 600-dək TIR dolu yardımlar Qəzzanın planlanan müxtəlif səmtlərindəki yardımpaylama mərkəzlərinə yetişəcək".
Məlumatda o da deyilir ki, razılaşmaya əsasən, Qəzzaya hər gün 600 yük maşını buraxılacaq.
Tahir Şəlvəli
MİA.AZ