İslamabadda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək.
Məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası - red.) sədri Sərdar Ayaz Sadiq arasında görüş oktyabrın 13-də baş tutacaq.
Qeyd edək ki, bu, parlament sədrlərinin üçüncü üçtərəfli görüşüdür. Bundan əvvəlki görüş 2022-ci il iyulun 21-də İstanbulda keçirilib(Report).