İsrail hərbçiləri İordan çayının qərb sahilində əməliyyat keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA rəsmi xəbər agentliyi məlumat yayıb.
Qeyd edilib ki, İsrail ordusu bu gün Hebron və Nablusun cənubundakı Beytah, Hovvara və Deyr Şəraf qəsəbələrində bir çox evlərə basqın edib: "Basqın nəticəsində 38 fələstinli yaralanıb, 4 nəfəri həbs edib. Bundan başqa, Qüdsün şimal-qərbində partlayıcılarla Məhəmməd Bassam Taha adlı şəxsə məxsus evi partladıblar"
Məlumatda deyilir ki, hazırda bölgədə gərginlik pik həddədir.
Tahir Şəlvəli
MİA.AZ