Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım İşlər üzrə Agentlik (UNRWA) İsrailin Qəzzada HƏMAS-la anlaşmasına baxmayaraq, hələ də hücumu davam etdiriyini açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə UNRWA-nın kommunikasiya direktoru Juliette Touma Cenevrədə keçirilən həftəlik mətbuat konfransında açıqlama verib.
O, Qəzzada bu gün qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrailin bəzi hədəflərə zərbə endirməyə davam etdiyini bildirib: "Razılaşmanın təfərrüatları və ya necə həyata keçiriləcəyi ilə bağlı çox az məlumat var. Bununla belə, humanitar yardımların müharibədən zərər çəkmiş bölgəyə təcili yönləndirilməsi üçün keçidlər dərhal açılmalııdr. Biz bu tələbi artıq gün ərzində bir neçə dəfə qaldırmışıq. Bizim hazırda əlimizdə 6000 yardım maşınını dolduracaq və yola salacaq qədər yardım paketlərmiz var. Bu, ən azı üç ay ərzində Qəzzanın bütün əhalisi üçün kifayət qədər qida demək olacaq"
Tahir Şəlvəli
MİA.AZ