Ağ Ev ABŞ prezidenti Donald Trampa Nobel Sülh Mükafatının verilməməsinə etiraz edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çeunq açıqlama verb.

O, Trampın bundna məyus olduğunu, lakin bunun sülh anlaşmaları və müharibələrə son qoymaq planlarına təsir etməyəcəyini xüsusi vurğulayıb: "Onun insani bir ürəyi var və onun kimi iradəsi ilə dağları yerindən tərpətə bilən biri bir daha olmayacaq. Nobel Komitəsi sübut etdi ki, onlar siyasəti sülhdən üstün tuturlar" dedi.

Xatırladaq ki, Nobel Sülh Mükafatı venesuelalı müxalif qadın siyasətçi Mariya Korina Maçadoya verilib.

Samir MUSAYEV
MİA.AZ