Deputat Ramil Həsənin millət vəkili mandatına xitam veriləcək.

Mia.az xəbər verir ki, bu barədə onun özü bu gün Milli Məclisin  iclasında məlumat verib.

Deputat deyib: “Artıq 5 ildən çoxdur ki, böyük şərəf və qürur hissi ilə Milli Məclisdə sizinlə birlikdə fəaliyyət göstərmişəm. Prezidentin böyük etimadı nəticəsində Türk Dövlətləri Parlament Assambleyasında (TÜRKPA) təmsil olunmuşam. Qürur hissi keçirirəm ki, bu gün bilavasitə Ali Baş Komandanın liderliyində, qəhrəman, müzəffər ordumuzun 44 günlük zəfər mücadiləsi sayəsində qalib gəlmiş ölkənin parlamentinin millət vəkili kimi sıralarınızı tərk edəcəyəm. Mənim üçün böyük şərəf hissidir ki, TÜRKPA-da baş katib kimi fəaliyyətimi davam etdirəcəyəm”.