"Bakı metropoliteni” QSC-nin 27 stansiyasından 23-nün rəisi rotasiya qaydasında digər stansiyalara təyin edilib.
Mia.az “PostMedia”ya istinadla xəbər verir ki, bu barədə QSC sədri Vüsal Aslanov əmr imzalayıb.
Yalnız “Sahil”, “İçəri şəhər”, “Xalqla dostluğu” və “bakmil” stansiyalarının rəisləri bu əmrdən kənarda qalaraq öz vəzifələrinin icrasını davam etdirəcəklər.
Məsələ ilə bağlı "PostMedia"nın sorğusuna cavab olaraq "Bakı Metropoliteni"ndən faktı təsdiq ediblər.