"Şimal-Cənub" dəhlizi MDB ölkələri üçün Fars körfəzi və Cənubi Asiya dövlətlərinin bazarlarına birbaşa çıxış açır.

Mia.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında deyib.

"Şimal-Cənub" dəhlizi MDB dövlətləri üçün Fars körfəzi və Cənubi Asiya ölkələrinin bazarlarına birbaşa çıxış açır. Eyni zamanda "Şərq-Qərb" və Transxəzər marşrutları Çinin "Bir kəmər, bir yol" meqalayihəsi ilə birlikdə MDB-ni Avrasiyanın unikal quru körpüsünə çevirir. Regionumuzun tranzit imkanlarını gücləndirmək üçün bu yaxınlarda Qazaxıstan ərazisində "Dostık-Moyıntı" dəmir yolu xətti istifadəyə verilib ki, bu da Transqazaxıstan dəmir yolu dəhlizinin formalaşdırılmasına start verib", - o bildirib.

K.Tokayev MDB-nin Vahid Rəqəmsal Nəqliyyat-Logistika Xəritəsinin hazırlanması imkanının araşdırılmasını təklif edib. Bu xəritə milli infrastruktur planlarını birləşdirəcək və vahid nəqliyyat bağlantısı məkanı yaradaraq investisiyaların cəlb edilməsinə kömək edəcək.

"Ötən ilin yekunu üzrə MDB dövlətlərinin ümumi ticarət dövriyyəsi 8 % artaraq 110 milyard dollara çatıb. Eyni zamanda Qazaxıstanın MDB ölkələri ilə ticarəti son beş il ərzində 1,5 dəfə artaraq 38 milyard dollar təşkil edib", - o əlavə edib(Report).