Türkiyə prezidenti Ərdoğanın “Qəzzada təhlükəsizlk zəmanəti üçün göndəriləcək hərbi heyətdə təmsil olunacağıq" açıqlamasından sonta Milli Müdafiə Nazirliyindən açıqlama gəlib.

Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, Milli Müdafiə Nazirliyi sülhün bərqərar olması və qorunmasında təcrübəli olan Türkiyə Silahlı Qüvvələrinin onlara verilən istənilən vəzifəyə hazır olduğunu bəyan edib: “Türkiyə Silahlı Qüvvələri beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün müxtəlif coğrafiyalarda müxtəlif təşkilatlar tərəfindən yaradılmış çoxsaylı missiyalarda xidmət edib və layiqli xidməti ilə seçilib. Verilən bütün görəvlərə hazırıq".

Firudin Səfərli
Mia.az