Filippinin Mindanao bölgəsində güclü zəlzələ baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat paylaşıb.
Məlumata əsasən, 62 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 7.2 bal olub.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Filippin Seysmoloji Agentliyi Filippinin mərkəzi və cənubunda sahilə yaxın ərazilərdə yaşayanlara xəbərdarlıq edib: "Sunami gəlir, dərhal daha yüksək yerə gedin!"
Zəlzələ nəticəsində dağıntılar və tələfatla bağlı hələlik rəsmi xəbər yoxdur.
Tahir Şəlvəli
MİA.AZ