Bir neçə saat əvvəl Əfqanıstanın paytaxtı Kabildə partlayış səsi eşidilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan informasiyanı Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid təsdiqləyib.
Ancaq o, hadisənin detallarına tioxunmayıb. Sadəcə, deyib ki, hər şey hökumətin nəzarətindədir: "Kabildə partlayış olub, səsi şəhərdə çox yerdə eşidilib, lakin heç kimin narahat olmasına ehtiyac yoxdur. Hər şey qaydasında və nəzarətdədır".
"Tolo News" nəşri isə yazıb ki, hadisə yaxın bölgədə dron səsləri eşidilib və bundan sonra partlayış olub: "Lakin onun nəyi vurub-vurmadığı bəlli deyil. İddia var ki, bir maşın vurulub...".
Tahir Şəlvəli
MİA.AZ