"Bizə vasitəçi ölkələrdən və ABŞ administrasiyasından Qəzzada müharibənin bitdiyinə dair təminat verilib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri HƏMAS Siyasi Bürosunun üzvü və İsraillə Danışıqlar Qrupunun rəhbəri Xəlil əl-Hayye bildirib.

O, vasitəçi ölkələr olan Türkiyə, Misir və Qətərə razılaşmanın əldə edilməsində mühüm rola görə təşəkkür edib: "Həmçinin, müharibədə aktiv frazada yer alan Yəmən, Livan, İraq və İranın fədakarlığını əsla unutmayacağıq"

HƏMAS mənsubu deyib ki, İsraildə saxlanılan 250 ömürlük məhbusla yanaşı, Qəzzada tutulmuş 1700 məhbus azad ediləcək.

Tahir Şəlvəli
MİA.AZ