Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Xarici işlər nazirləri MDB dövlət başçılarının qarşıdan gələn Zirvə Toplantısının gündəliyinə baxacaq, açıq dialoq platforması kimi mühüm beynəlxalq və regional problemlər, o cümlədən MDB çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar.