Bu gün İstanbulda zəlzələ olub.
Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, Bakı vaxti ilə saat 14:33-də Mərmərə dənizinin Silivri sahillərində 9.9 km dərinlikdə 3,6 bal gücündə zəlzələ baş verib.
Kandilli Rəsədxanası isə zəlzələnin 3,7 bal gücündə olduğunu açıqlayıb.
Zəlzələ İstanbulun Avropa tərəfində hiss olunub. Ölən, yaralanan və dağıntı olmayıb.
Zülfiyyə MUstafayeva
Mia.az
