Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstan Regional Muxtariyyətinin rəhbəri Neçirvan Bərzanini Ankarada qəbul edib.
Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, Prezident Külliyesində bağlı qapılar arxasında keçirilən qəbulda Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın, Prezidentin Kommunikasiyalar üzrə direktoru Burhanəddin Duran, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
Onu da qeyd edək ki, bu qəbuldan əvvəl Xarici işlər naziri Hakan Fidan da Neçirvan Bərzani ilə müzakirə aparıb.
Firudin Səfərli
Mia.az