İsrail ordusu İordan çayının qərb sahilində bu gün bir neçə əməliyyat keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Nablus şəhəri, Tamun qəsəbəsi, Tubasın cənubundakı Faria Qaçqınlar Düşərgəsi, Ceninin cənubundakı Qabata qəsəbəsi və Beytləhm şəhərində keçirilən əməliyyatlar zamanı hərbçilər bir çox ev və iş yerlərinə girblər.
Xəbərdə deyilir ki, nəticədə gərginlik yaranıb. Buna baxmayaraq, hərbçilərbasqını davam etdirib: "Bəzi fələstinliləri evlərində sorğu-sual olunub, bəziləri isə həbs olunaraq aparılıvb".
Məlumata görə, azı 9 nəfər saxlanılıb.
Tahir Şəlvəli
MİA.AZ