Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi "ASAN Kommunal" və "ASAN xidmət" mərkəzlərində 270 479 vətəndaşa 372 884 sayda müxtəlif xidmətlər göstərib.

Mia.az xəbər verir ki, bu haqda "Azəriqaz" məlumat yayyıb.

Bildirilib ki, "Azəriqaz" Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakıdakı 3 "ASAN Kommunal" mərkəzində, Sumqayıt və regionlardakı isə 17 "ASAN xidmət" mərkəzində (Sumqayıt, Şamaxı, Kürdəmir, Gəncə, Masallı, Lənkəran, İmişli, Sabirabad, Salyan, Tovuz, Mingəçevir, Ağcabədi, Bərdə, Quba, Şəki, Balakən və Qəbələ şəhərlərində) vətəndaşlara xidmət göstərir. Əsas məqsəd istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsi, yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlara ən keyfiyyətli xidmətlər təklif etməkdən ibarətdir.