Hərbi qulluqçunun ölüm faktı üzrə cinayət işi açılıb.
Mia.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayyıb.
Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İbrahimli Əli Ramin oğlunun 05.10.2025-ci il tarixdə ölüm faktı əsasında hərbi prokurorluğun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib.
Ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.
Faktla bağlı HP da cinayət işi başlanıb, hazırda istintaq davam etdirilir.