Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, Birləşmiş Ştatların beyin mərkəzlərinin nümayəndələri ilə görüş həmişə həm düşündürücü, həm də faydalı olur: "Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığın inkişafına verdikləri dəyərli akademik töhfələrə görə bütün dostlara təşəkkür edirəm. Bu səfərin təşkilinə görə “Caspian Center”ə minnətdarlığımı bildirirəm”,