Xaçmaz rayonunun Qırağlı kəndində 32 yaşlı qadın evin hamam otağında ölü tapılıb.

Mia.az xəbər verir ki, Qəbələ rayon sakini, 1993-cü il təvəllüdlü Mehriban Sərdar qızı Qafarlının dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır/Report.

***

Oxu.az-ın məlumatına əsasən, Mehriban Qafarlı Qıraqlı kənd orta məktəbində informatika fənni müəllimi işləyirmiş. O, bu ilin iyununda müəllimlərin sertifikatlaşdırma imtahanında maksimum 60 baldan 51 bal toplayaraq uğurlu nəticə göstərmişdi.