Misirdə HƏMAS-la atəşkəs və əsir mübadiləsi danışıqları getsə də, İsrail ordusu Qəzzada bəzi hədəfləri vurmağa davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, son 24 saatda həyata keçirilən hücumla daha 10 nəfər ölüb, 61 nəfər isə yaralanıb: "Bununla da ölənlərin sayı 67 183 nəfərə, yaralananların sayı isə 169 min 841 nəfərə yüksəlib".

Tahir Şəlvəli
MİA.AZ